"Əgər Sarkisyanın kişiliyi çatırsa..."

Ter-Petrosyan: ... əlini stola vurub desin ki, “bu gündən oğurlamağı dayandırırıq"
"Əgər Sarkisyanın kişiliyi çatırsa..."

Ermənistan Milli Konqresinin (EMK) bu ölkənin müstəqilliyinin iyirmi bir illiyi münasibəti ilə İrəvanın Saryan parkında keçirilən bayram mitinqində EMK lideri Levon Ter-Petrosyan yekun sözü ilə çıxış edib.

Çoxlarının gözlədiyinin əksinə olaraq, o, bu çıxışında prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirməyib. Halbuki düz 5 il qabaq o, belə bir bəyanat vermişdi.

Ermənistanın ilk prezidenti öz çıxışında ölkəsinin qarşısında duran 5 problemə toxunub: Ermənistan-Türkiyə münasibətləri, Qarabağ probleminin həlli, blokadanın açılması, korrupsiya və qanunvericiliyin bərpası.

Ter-Petrosyan öz çıxışında Ermənistan prezidenti Serj Sarkisyanla da bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, əgər Sarkisyanın kişiliyi çatırsa, əlini stola vurub desin ki, "bu gündən oğurlamağı dayandırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə