Ermənistanın Milli Statistika Xidməti 2012-ci ilin yanvarından avqustuna kimi olan statistik göstəriciləri açıqlayıb. SİA-nın xəbərinə görə, müstəqillik günü ərəfəsində dərc edilən məlumatda ölkəyə gələnlər və ölkədən gedənlər barədə məlumatlar öz əksini tapıb.
Milli Statistika Xidmətin məlumatına əsasən, 90 799 nəfər ölkəyə geri qayıtmayıb. Bunun səbəbləri isə iqtisadi böhran, işsizlik, ərzaq qiymətlərinin artması, acınacaqlı həyat şəraiti, bir sözlə yoxsulluqla əlaqədardır. Hətta işi olanlar belə çox aşağı maaş alırlar.
Təbiidir ki, bu gün ermənilərin çoxu öz-özünə sual verir: "Ümumiyyətlə, bizim ölkənin gələcəyi varmı?". Ölkəni tərk edən ermənilərin sayının getdikcə artması isə buna çox tutarlı cavabdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB