Qazaxıstan hərbi sistemində yenilik edir. Boyları 165 santimetrdən az olan gənclər bu ölkənin Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmayacaq.
Qazaxıstan müdafiə nazirinin birinci müavini Saken Jasuzakov bildirib ki, həqiqi hərbi xidmətə çağırılan şəxslər üçün qoyulan fiziki tələblər dəyişdirilib. Belə ki, dəyişikliklər nəticəsində quru qoşunlarında hərbi xidmətə çağırılan gənclər üçün minimum boy göstəricisi 155-dən 165-ə, aeromobil hissələrdə xidmət üçün minimal boy göstəricisi isə 165-dən 170-ə qaldırılıb.
Bundan başqa, indiyə kimi səhhəti ilə bağlı əhəmiyyətsiz problemləri olanlar hərbi xidmətə çağırılırdısa, yeni qaydalara görə, çağırışçı tamamilə sağlam olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB