ABŞ-da "Klinton bombası" sınaqdan çıxarılacaq

ABŞ-da "Klinton bombası" sınaqdan çıxarılacaq

Ağ evdə ABŞ-ın eks-prezidenti Bill Klintonun keçmiş katibəsi Monika Levinski "boss"unun intim sirlərini açmağa hazırlaşır. "The New York Post" qəzeti yazır ki, M.Levinski öz memuarlarında Klintonun qrup halında seksə olan sevgisindən danışacaq.

39 yaşlı qadının dostlarının sözlərinə görə, Levinski vaxtilə Ağ evdə baş verən sensasion olayları 12 milyon dollara kitab halına salmağa hazırdır. Levinski Klintonun üçlükdə sekslə məşğul olmağa olan təşnəsindən, orgiyalara və seks oyuncaqlarına olan münasibətlərindən yazmağı planlaşdırır. Bununla da Levinski Klintondan intiqam almaq istəyir. Nəticədə bu, partlamış bomba effektini verəcək: "Onun bu kitabı intiqamdan da çox olacaq. Bu, sadəcə onu öldürəcək", - deyə Levinskinin dostları bildirib.

Levinskinin memuarları ABŞ dövlət katibi Hillari Klintonun prezident kürsüsünü əldə etmək şanslarını məhv edəcək. Levinski artıq kitabının çap edilməsi üçün ABŞ-ın bir çox böyük nəşriyyatları ilə danışıqlar aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə