İsraildə təlim, Suriyada ölüm maşını

İsraildə təlim, Suriyada ölüm maşını

İsrail ordusu son illərin ən genişmiqyaslı quru təlimlərini keçirib. SİA-nın xəbərinə görə, quru təlimlərində on minlərlə əsgər, o cümlədən artilleriya və hərbi-hava qüvvələri personalı iştirak edib. Təlimin tərkib hissəsi olaraq, əsgərlər ölkənin mərkəzi hissəsindən təyyarə ilə Colan yüksəkliyinə aparılıb. Colan yüksəkliyində keçirilən təlimlərdə İsrail silahlı qüvvələrinin bir sıra bölmələrinin müdafiə qabiliyyəti və hazırlıq səviyyəsi sınaqdan çıxarılıb.

Bu arada qeyd edək ki, Suriyada hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər davam etməkdədir. Suriya Yerli Koordinasiya Komitələri ötən gün ölkə ərazisində 160 adamın ölümünün qeydə alındığını xəbər verir. Təkcə 67 nəfər Dəməşqdə artileriya bombardmanı nəticəsində həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə