Obamadan “Müsəlmanların məsumiyyəti”nə münasibət

Obamadan “Müsəlmanların məsumiyyəti”nə münasibət

ABŞ prezidenti Barak Obama, müsəlman dünyasında etirazlara səbəb olan Hz. Məhəmmədi təhqir edən filmin rejissorunu "qaranlıq bir xarakter" adlandırıb. SİA-nın xarici mətbuat istinadən verdiyi xəbərə görə, məşhur şoumen David Lettermanın "The Late Show" proqramına qonaq olan Obama, ABŞ-da yaşayan bir rejissor tərəfindən çəkilən filmin səbəb olduğu etirazlardan və ABŞ-ın Yaxın Şərqdəki bəzi diplomatik nümayəndəliklərinə təşkil edilən hücumlardan danışıb.

Obama, peyğəmbər və islamı hədəf alan son dərəcə təhqiredici olan filmin burada yaşayan, qaranlıq xarakterə sahib olan biri tərəfindən çəkilidiyini və bu film sayəsində radikallar və terroristlərin digər ölkələrdəki nümayəndəliklərimizə hücum etmələrinə səbəb olduğunu deyib.

Obama onuda əlavə edib ki, "Müsəlmanların məsumiyyəti" filmi təhqiredicidir və ABŞ hökumətinin bu filmlə heç bir əlaqəsi yoxdur .

Verlişin sonunda isə prezident ABŞ millətini söz azadlığına hörmət etməyə və fərqli düşüncələrə qarşı tolerant olmağa səsləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə