Çin qərarlıdır!

Çin, Beidou Naviqasiya sistemində iştirakı nəzədə tutulan iki "15" nömrəli peykləri kosmosa göndərib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatına görə, kosmos sahəsində yenilikləri ilə hər zaman peşəkar fəaliyyət nümayiş etdirən Çin, artıq ikinci dəfədir ki, bir raketlə iki peyki kosmosa göndərir.

Peyklər bu gün səhər ölkənin cənubundakı Sichuan əyalətindəki Xichang Peyk Fırlanma Mərkəzindən "Changzheng (Uzun Gediş) - 3B" daşıyıcı raketlə orbitə göndərilib.

Bu il ərzində Çin artıq üçüncü dəfədir ki, naviqasiya sistemi üçün kosmosa peyk göndərir.

Qeyd edək ki, Çin, 2020-ci ilə qədər orbitə göndərəcəyi 30 peyklə Beidou Naviqasiya sistemini dünya səviyyəsində tanıtmağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə