Rusiya Dövlət Dumasının vitse-spikeri, LDPR-in sədri, qatı millətçi Vladimir Jirinovski III dünya müharibəsini artıq Cənubi Qafqazdakı münaqişələrin timsalında davam etdiyini bildirib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Altay vilayətində vətəndaşlarla görüşü zamanı Jirinovskiyə ünvanlanan suala cavabında vitse-spiker imkanı daxilində ağlının kəsdiyi proqnozları rus xalqının nümayəndələri ilə bölüşüb.
"Bəli bu gün Avropada müharibə yoxdur, amma 1991-ci ildə koalisiya qüvvələrinin İraka hücumundan sonra bu proses aktiv fazaya qədəm qoyub. Onlar Yuqoslaviyanı bombaladılar, Əfqanıstana hücum etdilər, sonra yenə İraq əməliyyatları başlandı, bu gün isə Şimali Afrika. Müharibə bizə yaxınlaşır, Suriyadan qaçanlar Türkiyə ərazilərinə səpələnib. Türkiyədə qarışıqlıq yaranacaq, bundan istifadə edən Azərbaycan Dağlıq Qarabağa görə Ermənistana hücum edəcək. İran Ermənistanı müdafiə etmək üçün müharibəyə qatılacaq, Türkiyə isə Azərbaycanı müdafiə edəcək. Şimaldan isə Rusiya Ermənistanı müdafiə etmək məcburiyyətində qalacaq. Beləliklə III dünya müharibəsi aktiv fazaya keçəcək", - deyə Jirinovski bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB