Zorlanma nazirə baha başa gəldi

Gürcüstanın ədliyyə naziri Xatuna Kalmaxelidze istefa verib. SİA-nın məlumatına görə, Kalmaxelidze artıq istefa ərizəsini baş nazir Merabişviliyə təqdim edib.

Nazirin istefasının səbəbi Tiflisdə yerləşən həbsxanada məhkumların döyülməsi və zorlanması ilə bağlı videokardların mediada nümayiş etdirilməsi olub: "Cəzaçəkmə müəssisəsində baş verənlər mənim üçün çox utancvericidir. Fəaliyyətim dövründə həmişə çalışmışam ki, insan hüquqları qorunsun. Görünür sərf etdiyim əmək kifayət qədər olmayıb".

Qeyd edək ki, bu videoçarxın yayımlanmasından sonra Gürcüstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə