Bu problem çox baş ağrıdacaq

Yaponiya və Çin arasındakı ada münaqişəsi böyüməyə davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çin Xalq Respublikası Yaponiyada təşkil edilən Açıq Badminton turnirindən idmançılarını geri çağırıb.

Xatırladaq ki, Çin ötən həftə keçirilən velosiped yarışına yapon idmançıları qəbul etməmişdi. Yapon velosipedçilərin 9 - 13 oktyabr tarixləri arasında keçiriləcək Pekin velosiped yarışına qəbul edilib-edilməyəcəkləri isə hələ məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə