Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan danışıqlar zamanı regional və qlobal problemlər, terrorla mübarizə məsələləri müzakirə edilib. Tərəflər əsasən, son günlər artan PKK hücumları və "Müsəlmanların məsumiyyəti" filminə görə ABŞ səfirliklərinə qarşı həyata keçirilən aksiyaları müzakirə ediblər.
Qeyd edək ki, telefon danışığı zamanı Suriyada baş verən münaqişələrə son qoymaq üçün iki prezident birgə fəaliyyət göstərmək qərarını qəbul edib və Obama Ərdoğana " terrorla mübarizədə daima yanınızdayıq", - deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB