130 məhbus həbsxanadan qaçdı

Meksikada 130 məhbus həbsxanadan qaçıb. Ölkə tarixində ən irimiqyaslı həbsxana qalmaqallarından biri kimi göstərilən hadisəyə görə həbsxananın direktoru general Omero Ramos günahkar hesab edilir. Hazırda direktor və həbsxananın 2 əməkdaşı həbs edilib. Təhlükəsizlik qüvvlələri kütləvi şəkildə məhbusların axtarışına cəlb olunublar.

Polisin sözlərinə görə, məhbuslar 6 metr hündürlüyü və 1 metr eni olan tunel vasitəsilə həbsxanadan qaçmağa nail olublar. Onlar arasında qadın məhbusların da olduğu bildirilir. Hadisə ilə bağlı açıqlama verən Meksika prezidenti Felipe Kalderon isə baş verənləri biabırçılıq adlandırıb.

Hazırda faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, qaçan məhbuslar arasında narko-baronlarından bir nəfər olub. Həbsxanada baş verənlərin məhz onun qaçırılması üçün təşkil edildiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə