Bəşər Əsəddən bacısı da qaçdı

Bəşər Əsəddən bacısı da qaçdı

Suriya prezidenti Bəşər Əsədin böyük bacısı Büşra Əsəd övladları ilə birlikdə Suriyanı tərk edib. İTAR-TASS-ın verdiyi məlumata görə, xəbəri "Əl Ərəbiyə" telekanalı yayıb. Telekanalın məlumatında deyilir ki, 51 yaşlı Büşra Əsəc Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindədir.

Büşra Əsədin əri, Suriyanın müdafiə naziri postunu tutan Asəf Şövkət iyulun 18-də Dəməşqdəki partlayış zamanı ölüb.

Suriya müxalifəti ötən gün bəyan edib ki, Bəşər Əsədi ölü və ya diri ələ keçirənə 25 milyon dollar mükafat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə