Amerikanın Nyu-York şəhərində "Uol Striri işğal et" hərəkatının 1 illiyi münasibətilə yüzlərlə insan aksiya keçirib. "RT.com"-a istinadən verilən xəbərə görə, nümayişçilər əvvəlcə Manhettenin aşağı hissələrində, daha sonra isə Uol Stritdə yerləşən Nyu-York şəhər birjası istiqamətində yürüş keçirib.
Nümayişlər zamanı 200-ə yaxın adam polis tərəfindən saxlanılıb. ABŞ-ın 30 şəhərində "Uol Striti işğal et" hərəkatının bir yaşını qeyd etmək üçün nümayişlər planlaşıdırılıb.
Polisin verdiyi məlumata görə, azı 180 nəfər nümayişlər zamanı saxlanılıb. Saxlanılardan çoxu ictimai asayişi pozmaq və nəqliyyata mane olmaqda ittiham edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB