Kayseridə 52 yaşlı cütçünün qulağından həkimlər 25-dən çox qurd çıxarıb. SİA-nın Türkiyə mətbuata istinadən verdiyi məlumatına görə, əkinçiliklə məşqul olan və uşaqlığından bəri qulaq ağrılarınan şikayətlənən Əli Aydın əvvələr Kayseridə müxtəlif xəstəxanalarda müalicə olunduğunu və heç bir nəticə əldə etmədiyini bildirb.
Ə.Aydının söylədiyinə görə, müalicələrdən bir müddət sonra qulağımda ağcaqanad olduğundan şüphələnirdim: "Bir gün isə qulağımdan qurd çıxdığını görəndə qorxdum və yaxınlıqdakı xəstəxanaya müraciət etdim. Həkimlər əməliyyata ehtiyac olmadığını deyib, qurdları çıxartdılar. İndi elə bil ki, yenidən dünyaya gəlmişəm. Vaxtında üstünə düşsəydim belə bir narahatlıq yaşamazdım".
Xəstəni müalicə edən həkim isə bildirib ki, xəstənin qulağından qurdların çıxmasına səbəb, onun uzun müddət əkinçiliklə məşqul olması və qulağına ağcaqanad süfrələrinin düşməsidir: "Süfrələr böyüyərək xəstənin qulağından çıxımağa fürsət tapmadığı üçün sayı artıb və qurd formasında yayılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB