Türkiyənin Sülh və Demokratiya partiyasının (BDP) deputatı Sebahat Tuncelə 8 il 9 ay həbs cəzası verilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, S.Tuncel PKK-ya üzv olmaqda təqsirləndirilir.
Qeyd edək ki, Tuncelə ölkəni tərk etmək qadağası qoyulub. Həbs cəzası təstiq edilsə, onun deputatlıq mandatı da əlindən alınacaq.
Xatırladaq ki, Tuncel 2007-ci ildə deputat seçilən zaman da həbs edilib, ancaq daha sonra azadlığa buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB