Dini lider çağırış etdi

İranın ali dini lideri Ayətullah Əli Xamneyi Qərbi Məhəmməd peyğəmbəri (s.ə.s) təhqir edən filmin nümayişini dayandırmağa çağırıb. SİA-nın xəbərinə görə, ali dini lider qeyd edib ki, Qərbdən olan dövlət başçıları bu böyük cinayətdə əlbir olmadıqlarını sübut etməlidir. O bildirib ki, cahil ölkələrin liderlərinin, Amerika və bəzi Avropa ölkələri rəsmilərinin davranışları, başqa millətlərin onlara qarşı ittihamlar irəli sürməsinə əsas verir.

Onlar özlərinə bəraət qazandırmalıdır. Onlar sübuta yetirməlidirlər ki, bu böyük cinayətdə iştirakçı deyillər. Bunu yalnız sözlərlə deyil, əməllə də təstiq etmək lazımdır. Onlar belə təhqirlərin qarşısını almağa borcludur", - deyə Ayətullah Əli Xamneyi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə