Prezident neçəyə satılır?

Azad Suriya Ordusu, Suriya prezidenti Bəşər Əsədi "ölü və ya diri'" təslim edənə 25 milyon dollar mükafat veriləcəyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Azad Suriya Ordusu komandirlərindən olan Əhməd Hicaz, ödəniləcək məbləğin ölkədə və xaricdə Azad Suriya Ordusunu dəstəkləyən suriyalı biznesmenlər tərəfindən veriləcəyini bildirib.

Ə.Hicaz onu da bildirib ki, pulu ödəyəcək biznesmenlərin həyatı üçün təhlükə yaranmasın deyə onların adlarını açıqlamayacaq: "Əsədi ölü ya da diri təslim edən 25 milyon dollardan daha çoxuna layiqdir. Ancaq verəcəyimiz məbləğ budur".

Bütün xəbərlər Facebook səhifəmizdə