Meksikanın Koauilı ştatındakı Pyedras Neqras həbsxanasından 132 məhbus qaçıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, məhbuslar özlərinin qazdığı tunel vasitəsilə həbsxanadan qaçıblar. Tunelin eni 1,2 m, dərinliyi 2,9 m, uzunluğu 7 metrdir. Polislər həbsxana mühafizəçilərinə pul verilərək susdurlmaları variantının da mümkün ola biləcəyini bildiriblər.
Ştat rəhbərliyi məhbuslardan birinin yeri haqda məlumat verəcək şəxsə 200 min peso (15,7 min dollar) mükafat veriləcəyini deyib.
Qeyd edək ki, həmin həbsxanada ümumilikdə 734 məhbus saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB