Dünyada siyasi gərginlik yaradan "Müsəlmanların məsumluğu" filmi, Pakistan internet istifadəçilərini "You Tube"siz qoydu.
Reuters agentliyinin verdiyi xəbərə görə, Pakistanın baş naziri Raja Pərviz Əşrəf müsəlmanları təhqir edən filmin "You Tube" serverindən silinmədiyinə görə, ölkəsindən həmin şəbəkəyə girişi qadağan edib.
Pakistan artıq filmin yayımlanmasına görə 934 saytı "qara siyahı"ya salaraq girişi bağlayıb.
Qeyd edək ki, Hindistan, Liviya, Malayziya və Misirdə "You Tube" şəbəkəsinə girişə məhdudiyyətlər qoyulub. Əfqanıstan hökuməti isə şəbəkəyə girişi ümumiyyətlə bağlı elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB