Facebook istifadəçiləri cərimə ödəyəcək

Facebook istifadəçiləri cərimə ödəyəcək

Türkiyədə Facebook, Twitter və digər sosial şəbəkələrdə icazəsiz musiqi, film, elektron kitab və məqalə paylaşanlar cəzalanacaq. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, bu cəzalandırma növü ölkədə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yenilənən "Fikir və Sənət Əsərləri Qanun Layihəsi" qüvvəyə mindikdən sonra reallaşacaq.

Mədəniyyət və turizm naziri Ərtoğrul Günay açıqlamasında bildirib ki, yeni layihə sentyabrın 20-də təqdim ediləcək: "Təbii ki, sosial şəbəkələrdə icazəsiz musiqi, film, elektron kitab yükləməyin və paylaşmağın da cəriməsi olacaq".

Yeni qanunun Fransa və ABŞ-da yaxşı nəticələr verdiyini deyən Müəllif hüquqları agentliyinin baş direktoru Dr. Abdurrahman qeyd edib ki, facebook, twitter kimi sosial şəbəkələrdə film, elektron kitab, məqalə, musiqi paylaşan və ya birinin paylaşdığını götürüb təkrar paylaşan insanlar əvvəlcə xəbərdar ediləcək. Üç dəfə xəbərdar olunduqdan sonra paylaşmağa davam edən istifadəçi 50 min lirə miqdarında cəza ödəyəcək. Məqsədimiz insanları cəzalandırmaq deyil maarifləndirməkdir".

Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə