İranda güclü zəlzələ baş verdi

İranda güclü zəlzələ baş verdi

Bu gün səhər İranın cənubunda yerləşən Buşəhr əyalətinin Cəm şəhərində Rixter cədvəli üzrə 4,6 bal gücündə iki zəlzələ baş verib.

İranın Fars agentliyinin verdiyi məlumata görə, Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz birinci zəlzələnin yerli vaxtla səhər saat 06:30-da, ikincinin isə 06:43-də baş verdiyini bildirib.

Hələlik zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə