Türkiyənin Hakkari vilayətində bir qrup PKK silahlısının polis idarəsinə hücumundan sonra başlayan atışmada 1 təhlükəsizlik xidməti əməkdaşı ölüb, 6-sı əsgər olmaqla 9 nəfər yaralanıb. Atışma zamanı 10 PKK terrorçusu da öldürülüb. Hakkari valiliyinin açıqlamasına görə, PKK silahlıları eyni vaxtda iki polis məntəqəsinə avtomat və qumbaraatanla hücum ediblər. Qaçan PKK-lıların ələ keçirilməsi istiqamətində əməliyyat davam etdirilir.
Bu arada, Hakkari-Çukurca magistral yolunda mina partlaması nəticəsində 4 əsgər həlak olub, 5-i isə yaralanıb. Hakkari valiliyinin açıqlamasında hərbçilərin pusquya düşdüyü və partlayıcı qurğunun uzaqdan idarə ilə partladığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB