NASA 2004-cü ildən bəri Marsda apardığı araşdırmalar nəticəsində, Opportunity (Fürsət), 3 millimetr diametr ölçüsündə olan kiçik kürələr kəşf edib. "Marsın yabanmersini" adı verilən kürələrin tərkibində dəmir olduğu müəyyənləşib.
Araşdırmalar nəticəsində, bu ilin sentyabrında kəşf edilən sirli kürələrin fotoşəkilləri çəkilib. Çəkilən fotoşəkilllər mozaika cədvəlini xatırladıb.
ABŞ-ın Cornell universitetindən olan Steve Squeyresin söylədiyinə görə, "Marsda apardığımız araşdırmalar müddətində belə kürələrlə dolu olan, Krikvud bölgəsi daha çox diqqəti çəkirdi. Marsın qaya çıxıntılarında heç vaxt bu qədər çox kürəni bir yerdə görməmişdik", -deyib.
NASA fərqli quruluşa malik olan kürələrlə bağlı araşdırmalarını davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB