Vulkan püskürüb

Qvatemalada "Fueqo" vulkanı püskürüb. SİA-nın verdiyi xəbərə görə, yanar daşları kraterdən minlərlə metr hündürlüyə qaldıran vulkan nəticəsində xeyli sayda insan evsiz-eşiksiz qalıb. Qvatamelanın Seysmologiya İnstitutunun rəsmilərinin məlumatına görə, püskürən lava "Fueqo"nun cənub, cənub-qərb tərəflərində 7 kmdən çox əraziyə yayılıb.

Qeyd edək ki, 3760 metr hündürlüyündə olan "Fueqo" Amerikanın daima fəaliyyətdə olan vulkanlarındandır.

Bütün xəbərlər Facebook səhifəmizdə