Hakkari vilayətində, 8-14 sentyabr tarixlərində təhlükəsizlik tədbirləri nəticəsində, 75 terrorçunun öldürüldüyü müəyyənləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sözügedən tarixlərdə əsgər, polis, xüsusi təyinatlı dəsdə və müvəqqəti kənd qoruyucularından ibarət olan qüvvələr tərəfindən terror təşkilatına qarşı əməliyyatlar edilib.
4 əsgərin şəhid olduğu əməliyyatlarda, 75 terrorçu təsirsiz hala gətirilib. Məlumatlarda deyilir ki, bölgədə terror quruplaşmaları ilə mübarizə tədbirləri davam etdirilməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB