Müsəlman ölkələrin səfirlikləri bağlandı

Müsəlman ölkələrin səfirlikləri bağlandı

Almaniyanın Xarici İşlər Nazirliyi ölkədə fəaliyyət göstərən bəzi müsəlman ölkələrin səfirliklərini bağlamaq haqqında qərar verib. "Spiegel" nəşrinə istinadən xəbər verilir ki, buna səbəb müsəlmanların ABŞ istehsalı olan "İslamın məsumları" filminin nümayişinə kütləvi etiraz etməsidir. Qeyd edək ki, filmdə müsəlmanlar və İslam Peyğəmbəri təhqir olunur.

Məlumata görə, Afrikanın şimalındakı ölkələrin, həmçinin Əfqanıstan və Pakistanın diplomatik nümayəndəliklərinin fəaliyyətləri dayandırılıb.

Almaniya hakimiyyəti səfirlikləri hələlik cümə günü bağlamaq qərarına gəlib. Onlar müsəlmanların cümə namazından sonra hər hansı bir insident yarada bilmələrindən ehtiyatlanırlar. Bu səbəbdən əlavə təhlükəsizlik tədbirləri görülüb.

Xatırladaq ki, dünən ABŞ-nin Berlindəki səfirliyində terakt olacağı xəbərdarlığından sonra diplomatik korpusun əməkdaşları evakuasiya olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə