Misir polisi ilə Qahirədəki ABŞ səfirliyinə hücum edən gənclər arasında yaranan toqquşmalarda xəsarət alanların sayı 195 nəfərə çatıb. RİA "Novosti"nin verdiyi məlumata görə, bunu Misir paytaxtının təcili tibbi yardım xidməti rəhbərinin müavini Əhməd əl-Ənsari bildirib. Onun sözlərinə görə, ötən gün ərzində 195 nəfər xəstəxanalara yerləşdirilib, digər xəsarət alanlara isə yerində yardım göstərilib.
Ötən gün Amerika diplomatik nümayəndəliyinin qarşısında bir neçə aksiya keçiilib. Onlardan birində ABŞ bayrağı yandırılıb. Aksiya iştirakçıları Məhəmməd peyğəmbərin təhqir edildiyi filmə etirazlarını bildiriblər.
Ən son məlumatlara görə, bu dəqiqələrdə gənclər polis əməkdaşlarını daşqalaq edirlər. Asayiş keçişçiləri isə aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazlı qumbaralara əl atmalı olublar. Hərbçilər nümayişçiləri ABŞ səfirliyindən bir qədər uzaqlaşdırmağa nail olub. Hazırda Qahirənin mərkəzi meydanı Təhrirə adamlar toplaşmağa başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB