Misirdə gənclərin ABŞ səfirliyinə hücum etməsi nəticəsində 200 nəfərə qədər insan xəsarət alıb. SİA-nın xəbərinə görə, "Müsəlmanların günahsızlığı" filminə etiraz edən nümayişçilər səfirliyi mühafizə edən polis əməkdaşlarını daşa basıblar. Səhər vaxtı başlanan iğtişaşlar gecəyə kimi davam edib. Nəticədə 8 nəfər yaralanaraq hospitala çatdırılıb, qalanlarına yerindəcə tibbi yardım göstərilib.
Polis isə nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Misir DİN-i gəncləri yalnız dinc yollarla etirazlarını bildirməyə çağırıb. Lakin iki gündür etirazçılar səfirliyin binasına daxil olmağa cəhd edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB