Angelina Coli Türkiyədə

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Guterres və xüsusi nümayəndəsi, Angelina Coli suriyalı qaçqınlara baş çəkmək üçün Qaziantəpə gəlib. SİA-nın xarici mətbuat istinadən verdiyi məlumatına görə, BMT-nin xüsusi nümayəndəsi A.Coli bu gün səhər saatlarında xüsusi təyyarə ilə şəhərə gəlib. Colinin Qaziantəpə gələrək, Guterresinlə birgə şəhərdə özlərinə müvəqqəti sığıncaq tapan suriyalı qaçqınlarla görüşüb nahar edib.

Qeyd edək ki, BMT nümayəndələrinin qaçqın düşərgəsinə gəlməsi ilə əlaqədar Türkiyə dövləti tərəfindən, sıx təhlükəsizlik tədbirləri görülüb​​.

Məlumat üçün bildirək ki, BMT nümayəndələri Türkiyədən əvvəl İordaniya və Livandakı qaçqın düşərgələrini də ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə