Prezidentə sui-qəsd edildi

Somalinin yeni prezidentinin həyatına sui-qəsd olub. Terrorçu-kamikadze Somalinin yeni seçilmiş prezidenti Həsən Şeyx Mahmudun qaldığı otelin girişində üzərindəki partlayıcını işə salıb. İnsident paytaxt Moqadişonun Jazeera hotelində baş verib. Aeroport yaxınlığında yerləşən hoteldə prezidentin mühüm bir görüş keçirmək üçün gəldiyi deyilir.

Yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü hotelə daxil ola bilməyən terrorçu, özünü hotelin giriş darvazası önündə partladıb. Ölənlər və yaralananlar barədə hələlik dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Həsən Şeyx Mahmud üç gün əvvəl ölkə prezidenti seçilib.

Prezident kreslosunda cəmi 3 gün əyləşən Mahmudun fəaliyyətini çox çətin bir şəraitdə aparacağı artıq bəllidir.

Bütün xəbərlər Facebook səhifəmizdə