Ölkələr arasında əlaqələr müzakirə olundu

Ölkələr arasında əlaqələr müzakirə olundu

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Nikolay Azarovla görüşüb. SİA-nın xaric mətbuata istinadən verdiyi məlumatına görə, R.T.Ərdoğan səfərinin ilk günündə N.Azarovla ikitərəfli danışıqlar çərçivəsində ölkələr arasında əlaqələri müzakirə edib.

Görüşü çərçivəsində Türkiyə ilə Ukrayna arasında olan aktual məsələlər, həmçinin ticarət əlaqələrinin artırılması, mədəniyyət, elm və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi mövzuları müzakirə olunub.

Qeyd edək ki, görüş zamanı Ərdoğan "Ukrayna ilə münasibətlərimiz dinamik bir formada inkişaf edir", - deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə