Prezident üzr istədi...

ABŞ səfrinin Liviyada öldürülməsinə, ölkə rəsmiləri də münasibət bildiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatına görə, Liviyanın Daxili işlər nazirinin müavini Şərin mətbuat konfrası təşkil edərək, hadisənin günahkarlarının Qəddafi tərəfdarları olduğunu bildirib.

Onun sözlərinə görə, ABŞ səfirinə qarşı hücumu təşkil edənlər çox güman ki, keçmiş rejimin qalıqlarıdır.

Qeyd edək ki, Liviya prezidenti Məhəmməd Yusif əl Maqarif isə bu formalı hücumun İslama yaraşmadığını bildirərək, ABŞ başda olmaqla, bütün dünyadan üzr istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə