ABŞ səfiri öldürüldü

Ötən gün Amerika Birləşmiş Ştatlarının Liviyanın Benqazi şəhərindəki konsulluğuna hücum nəticəsində ABŞ-ın Liviyadakı səfiri Kris Stivens, 3 səfirlik əməkdaşı ölüb. Bu barədə "CNN" telekanalı və "Reuters" agentliyi rəsmi mənbələrə istinadən məlumat verir.

Daha əvvəl raket hücumu nəticəsində yalnız Benqazi konsulluğunun 1 əməkdaşının öldüyü bildirilirdi.

Qeyd edək ki, misirli kopt xristianının çəkdiyi və Məhəmməd peyğəmbəri təhqir edən film Liviyada və Misirdə iğtişaşlara, ABŞ konsulluq və səfirliklərinə hücuma səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə