100 nəfər yanaraq öldü

Pakistanın Kəraçi şəhərində tekstil fabrikində baş verən yanğın nəticəsində ölənlərin sayı 100-ü ötüb. 40-dan çox yaralının olduğu bildirilir. Artıq 17 saatdır yanğını söndürmək mümkün olmur. Bunun Pakistan tarixində son on ildə ən güclü yanğın olduğu bildirilir.

Hadisə yerində 40 yanğınsöndürmə briqadası işləyir. Yanğın baş verərkən tekstil fabrikində 1600-ə yaxın adam olub. Ölənlərin əksəriyyəti təşviş içində özlərini pəncərədən və fabrikin damından atanlar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə