Rusiyada adaların sayı artır

Frans-İosif Torpağı arxipelaqında (Rusiya) yeni, 192-ci ada meydana çıxıb. Onu "Rusiya" atom buzqıran gəmisindəki ekspedisiyanın iştirakçıları kəşf ediblər. Yeni ada arxipelaqın cənubundakı Nortbruk adasında boğaz əmələ gəldikdən sonra yaranıb. Onun artıq səmadan şəklini çəkmiş və sahil hüdudlarının koordinatlarını müəyyənləşdirib.

Arktika və Antarktika Elmi Tədqiqat İnstitutunun mətbuat xülasəsində deyilir: "Beləliklə, Arxangelsk vilayətinin Primorsk rayonuna daxil olan arxipelaqdakı adaların sayı 192-yə çatıb".

Nortbruk adasının sahəsi 254 kvadratmetrdir. XIX əsrin sonu – XX əsrin əvvəllərində ondan qütb ekspedisiyaları bazası kimi istifadə olunub.

"Rusiya" atom gəmisində ekspedisiya sentyabrın 8-də başlanıb. Onun məqsədi "Şimal qütbü-39" Arktika stansiyasının iştirakçılarını növbəti ekspedisiya ilə əvəz etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə