118 nəfər həlak oldu

Suriyada ordu qüvvələri ilə üsyançılar arasında baş verən qarşıdurmada ölənlərin sayı 118 nəfərə çatıb. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, əməliyyatlar zamanı ağır texnikalardan istifadə edilib. Suriya İnsan Haqqları Təşkilatının açıqladığı xəbərdə bildirilir ki, paytaxt Dəməşqdə havadan endirilən hücumlar nəticəsində 34 nəfər həlak olub.

Ümumilikdə Hələbdə 29, Həmada 22, İdlib və Humsda 7, Dərədə 3 və s. olmaqla ölənlərin sayı 118 nəfər təşkil edib. Hazırda bölgədə qarşıdurmalar səngimək bilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə