Tayfa davasında 38 nəfər öldü

Yüzlərlə silahlı basqınçı Keniyanın sahilyanı ərazisində yerləşən bir kəndə hücum edərək azı 38 adamı qətlə yetirib, 150-dən çox evə od vurub. "Reuters"-in verdiyi xəbərə görə, buna səbəb iki rəqib tayfa arasında torpaq və su üstündə gedən münaqişə olub.

Qırğının qarşısını almaq üçün prezident Mvay Kibaki Tana çayı bölgəsində komendant saatı tətbiq edib və əraziyə əlavə təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi barədə göstəriş verib. Komendant saatının nə vaxta kimi davam edəcəyi məlum deyil.

Son 3 həftə ərzində Keniyada Pokomo və Orma tayfaları arasında baş verən toqquşmada 100-dən çox adam vəhşicəsinə qətlə yetirilib. Keniya Qırmızı Xaç Komitəsinin məlumatına görə, dünən Kilelenqvani kəndinə edilən hücum nəticəsində ölənlərin sayı 38-ə çatıb. Onlardan 9-u polis əməkdaşı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə