Tbilisi meriyası ev heyvanlarına qulluq qaydalarını müəyyən edib. Şəhər adminstrasiyasının qərarına əsasən, sahibi heyvanı küçəyə ata bilməz. Əgər o, heyvana qulluq edə bilmirsə, meriyanın müvafiq xidmətinə müraciət etməlidir.
"Novosti-Qruziya"ya istinadən verdiyi xəbərə görə, sənəd sentyabrın 6-da qüvvəyə minib.
Qaydalara əsasən, ev heyvanı lazımi qida, fiziki fəallıq və isti yerlə təmin olunmalıdır. İtlər (dekorativ növlərdən başqa) ictimai yerlərdə xalta və buruntaqla gəzdirilə bilər. Bu məhdudiyyət Tbilisidəki ictimai nəqliyyata şamil olunur.
Sahiblər gəzinti zamanı heyvanların zibillərini təmizləməli və ildə bir dəfə onları veterinar müayinəyə aparmalıdırlar. Heyvan ölərsə, onun sahibi veterinar klinikaya və ya meriyanın müvafiq xidmətinə müracitə etməlidir, heyvanları yalnız xüsusi ayrılmış yerlərdə basdırmaq olar.
Bundan başqa, heyvanın üzərində onun adı, soyadı, sahibinin ünvanı olan mikroçip, damğa olmalıdır. Söhbət evsiz heyvanlardan gedirsə, Tbilisi meriyasının müvafiq xidməti qarışıq cinsdən olan heyvanlara iynə vurmaq əvəzinə, onları axtalamalıdır.
Qaydaları pozanların necə cərimə olunacağı barədə xəbər verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB