Aparılan sorğu nəticəsində dünyanın ən çox siqaret çəkən kişilərinin hansı ölkədən yaşadığı müəyyənləşib. "Huffington Post"-un verdiyi xəbərə görə, siyahıda indoneziyalı kişilər birinci yerdə qərarlaşıb. Sorğu nəticəsində məlum olub ki, İndoneziyada 15 yaşından yuxarı kişilərin 67%-i siqaret çəkir.
İkinci yerdə isə 35%-lə rus kişiləri gəlib. Keçən il həyata keçirilən sorğuda 8 mindən çox adam iştirak edib.
Qeyd edək ki, İndoneziyada hər il 200 min adam siqaretə bağlı xəstəliklərə görə dünyasını dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB