PKK ASALA ilə həmişə əlbirdir

Azərbaycan 5 il bundan qabaqki dövlət deyil hesab edirəm ki, ölkəmiz terror qarşı mübarizədə qüdrətli bir ölkədir. Bunu SİA-ya Millət vəkili Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, ASALA erməni terror təşkilatının hədələyici məktublarını ciddiyə almaq lazımıdır: "Çünki onların iş üslubu, praktikası onu göstərir ki, onlar əvvəlcə məktub göndərir daha sonra öz məqsədlərini həyata keçirməyə çalışırlar. PKK terror təşkilatı ilə ASALA-nın daha sıx bağlılığı var. Hələ 1920-30-cu illərdə PKK adlı bir təşkilat yox idi və beləcə daşnaqlar kürd hərəkatını qızışdırmaq istəyirdilər. Onlar çalışırdılar ki, Türkiyə dövləti zəifləsin və onlar öz istəklərini həyata keçirsinlər. Misal olaraq qeyd edək ki, Ağrı kürdlərinin lideri Zelan bəyi hamı kürd kimi qəbul etsə də, amma əslində o erməni idi".

M.Qasımlı deyib ki, İkinci Dünya müharibəsindən sonra 1947-ci ildə Daşnaqsütyun partiyasının Qahirədə keçirilən qurultayında müzakirə olunan məsələlərdən biri Türkiyədə kürd məsələsinə münasibət idi: "Orada da açıq şəkildə göstərilirdi ki erməni təşkilatları mütləq kürd hərəkatına yardım etməlidirlər. Burada ən maraqlı məsələlərdən biri o idi ki, Azərbaycan xalqına qarşı qəddarlıqda ad çıxarmış Dro Kanayan adlı erməniyə məsləhət görülür ki, Yaxın Orta Şərq ölkələrindəki 25 minə yaxın ermənidən bir ordu yaratsın. Bu ordu isə əslində terror təşkilatı idi".

Millət vəkili vurğulayıb ki, erməni terror təşkilatı daim 2 xüsusi xidmət orqanının nəzarəti altında idi: "Bunlardan biri SSRİ Xarici Kəşfiyyatı İdarəsinin, digəri isə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin nəzarəti altında olublar. Bunların hər ikisinin arasında da daim mübarizə gedib".

Bütün xəbərlər Facebook səhifəmizdə