Məşhur Hollivud aktrisası Ancelina Coli İordaniyada səfərdədir. Dünyanın aparıcı internet saytları xəbər verir ki, Coli ölkədə bir həftə olacaq və həmin müddətdə Suriyadan olan qaçqınların məskunlaşdıqları düşərgəyə baş çəkəcək. Hollivud ulduzunun İordaniya səfərinin başlıca məqsədi də elə budur.
BMT-nin xoşməramlı səfiri adını daşıyan xanım aktrisanı İordaniyanın xarici işlər naziri və BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Qutyeres müşaiyət edir.
BMT-nin mətbuat xidmətindən bildirilir ki, A.Colinin missiyası köməyə ehtiyacı olan şəxslərə yardım etməkdən ibarətdir.
Onu da deyək ki, A.Coli artıq 10 ildir, BMT-nin xoşməramlı səfiri adını daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB