Yaponiyanın maliyyə sistemi və poçt islahatları naziri Tadaxiro Masusitanın öz evində cəsədi tapılıb. "Röyters" agentliyinə isitnadən xəbər verir ki, 73 yaşlı nazir özünü asmaqla həyatına son qoyub.
Məlumata əsasən, Masusitanı asılmış vəziyyətdə ilk olaraq həyat yoldaşı görüb və o, bu barədə lazım olan təşkilatlara xəbər verib. Ölümün səbəbləri hələ ki, bəlli deyil. Yeni Xalq Partiyasının üzvü olan nazir eyni vaxtda bir neçə vəzifəni icra edirmiş.
Qeyd edək ki, 2007-ci ildə Yaponiyanın kənd təsərrüfatı naziri də özünə sui-qəsd edərək həyatına son qoymuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB