Kuba qaranlığa qərq oldu

Kubada elektrik enerjisi problemi yaranıb. "İTAR-TASS"ın verdiyi xəbərə görə, demək olar ki, paytaxt Havana və ölkənin bir neçə əyaləti qəza üzündən işıqsız qalıb. Elekrtik enerjisi bazar günü yerli vaxtla axşam saat 8-dən sonra kəsilib.

Yalnız generatorların quraşdırıldığı bir neçə oteldə və bahalı yaşayış binalarında işıq olub. Qəzanın səbəbləri barədə məlumat verilmir. Rəsmi informasiya daxil olmayıb, elektrik enerjisi təchizatçısı şirkətinin telefonları isə susmaq bilməyib.

On il əvvəl Havanada işıqların sönməsi nadir hal deyildi - o zaman ölkə elektrik böhranı keçirirdi. Amma son vaxtlar işqıların kütləvi sönməsi hallarına son qoyulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə