Qanlı festival: 80 yaralı

Almaniyanın Manheym şəhərində keçirilən Kürd mədəni festivalında baş verən qarşıdurmada 80 polis yaralanıb. Hadisələr zamanı 30-dan çox adam həbs olunub.

Qarşıdurma 14 yaşlı bir yeniyetmənin tədbirə qadağan edilmiş kürd təşkilatının bayrağı ilə gəlməsi nəticəsində yaranıb. Festival iştirakçılarının mühafizəçilərə su ilə dolu şüşə, daş və digər əşyalar atması ilə vəziyyət nəzarətdən çıxıb. 2500-ə yaxın kürd və 600 polis əməkdaşı arasında toqquşma saatlarla davam edib.

Polis asayişi bərpa etmək üçün gözyaşardıcı qazdan istifadə edib, qadağan olunmuş təşkilatların bayraqlarını və digər əşyaları müsadirə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə