"Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyası Ermənistana qarşı yönəlməyib. Ekstradisiya tam hüquqi xarakter daşıyıb". Ermənistan KİV-inin verdiyi xəbərə görə, bu barədə Macarıstan xarici işlər naziri Yanoş Martoninin erməni həmkarı Edvard Nalbandyana göndərdiyi məktubda deyilir.
Macar nazirin sözlərinə əsasən, bu ekstradisiyaya erməni xalqına təhqir kimi baxılmamalıdır. Məktubda qeyd olunur ki, Səfərovun Azərbaycana verilməsi beynəlxalq normalar əsasında həyata keçirilib. Eyni zamanda, Martoni iki ölkə arasında ənənəvi dostluq əlaqələrini və iki xalqı min illər boyu birləşdirən xristian dəyərlərini xüsusi vurğulayaraq İrəvanın Budapeştlə diplomatik əlaqələri dayandırması ilə bağlı qərarından təəssüfləndiyini bildirib: "Diplomatik əlaqələrin dayandırılması Ermənistanın maraqlarına cavab verməyəcək ciddi nəticələrə gətirib çıxara bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB