Hələb qan gölünə döndü

Suriyanın Hələb şəhərində ordu qüvvələri ilə müxaliflər arasında yenidən şiddətli hücumlar yaşanıb. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, Əsəd tərəfdarları tərəfindən 160 nəfər öldürülüb. Aralarında uşaqların da olduğu hücumda xeyli sayda insanın həyatını itirdiyi bildirilib. Bununla belə xəstəxanaların birinin yaxınlığında baş vermiş partlayışda isə 17 nəfər ölüb, 40-dan çox adam isə yaralanıb. Hazırda ərazidə atışmalar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə