ABŞ-ın Şərq sahilləri boyunca Şimali Virciniya, Şimali Karolina və Nyu-York ştatlarında güclü qasırğa baş verib. Rəsmilərin verdiyi məlumata görə, bəzi bölgələrdə sürəti saatda 177 kilometrə çatan güclü küləklər çoxlu dağıntılara səbəb olub.
Şimali Virciniya ştatının Arlinqton şəhərində caz festivalı zamanı səhnənin uçması bir nəfərin yaralanması ilə nəticələnib. Paytaxt Vaşinqtona qədər irəliləyən tropik qasırğalar Potomek çayı üzərində üzən sərnişinlə dolu qayığı aşırıb. Təhlükəsizlik qüvvələrinin sayıqlığı nəticəsində qayıqda olan 19 nəfəri xilas etmək mümkün olub. Şimali Karolinada isə, ştatın əsas magistrallarından birində nəqliyyatın hərəkəti dayanıb. Nyu York şəhərində isə elektrik şəbəkələrinin sırdan çıxması nəticəsində 1100 ailənin işıqsız qaldığı bildirilir. Meteoroloqlar qasırğanın Bruklin və Kvins şəhərlərinə doğru irəlilədiyi barədə xəbərdarlıq ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB