Suriyada davam edən döyüşlərdə üsyançılar paytaxt Dəməşqin ətraf rayonlarına soxulmağa çalışırlar. Ötən gün Suriya dövlət televiziyası əsgərlərin üsyançı dəstələrə qarşı mübarizəsini əks etdirən yeni videogörüntülər yayımlayıb. Döyüşlər zamanı üsyançıların bəzi strateji əhəmiyyətli bölgələrdə partlayışlar törətdiyi bildirilir. Hökumət rəsmilərinin sözlərinə görə, üsyançılar orduya məxsus helikopteri vurublar. Suriya İnsan Haqları Müşahidəçi Qrupunun verdiyi məlumata görə, ötən gün gecə boyu davam edən döyüşlərdə azı 18 nəfər öldürülüb. Qarşıdurmaların, eyni zamanda, Həma və Homs şəhərlərində də intensiv xarakter aldığı bildirilir.
İraq sərhədləri yaxınlığında gedən döyüşlərdə isə hökumət qüvvələri tərəfindən atılan bir neçə raket İraqın Qaim şəhərinə düşüb. Yaşayış məntəqələrindən birinə tuş gələn zərbə nəticəsində bir nəfər azyaşlı qız uşağı ölüb, 3 nəfər isə yaralanıb.
Bu arada, Avropa Birliyinin Xarici Əlaqələr üzrə sədri Ketrin Eşton ötən gün çıxışı zamanı ölkəni tərk etmək üçün sərhədə yaxınlaşan yüzlərlə suriyalıya 50 milyon avro məbləğində humanitar yardım ayrıldığını bildirib.
"Daha əvvəl də qeyd etdiymiz kimi, Əsədin hakmiyyəti tərk etməsi məsələsində mövqeyimiz dəyişməz olaraq qalır. Suriyada siyasi dəyişiklik vacibdir. İordaniya, İraq, Livan və Türkiyədə siyasi köçkünlərin sayı durmadan artır. Ötən gün döyüşlərdən əziyyət çəkən və ölkənin tərk etmək üçün sərhədlərə yaxınlaşan yüzlərlə insana humantar yardım olaraq 50 milyon avronun verilməsi üçün qərar qəbul etdik", - deyə Eşton sözlərinin ifadə edib.
Onu da qeyd edək ki, Suriya müxalifəti ötən ilin mart ayından etibarən davam edən döyüşlərdə 25 min nəfərdən çox insanın öldürüldüyünü bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB