Yunanlar AB-nin bayrağı yandırdılar

Yunanlar AB-nin bayrağı yandırdılar

Yunanıstanda maliyyə böhranı ilə bağlı etiraz aksiyaları davam edir. Ötən gün Saloniki şəhərində baş tutan aksiyaya yüzlərlə insan qatılıb. Aksiya iştrakçıları Avropa Birliyinin sərt islahatalarına qarşı etiraz şuarları səsləndiriblər. Aksiyada Avropa Birliyinin bayrağı yandırılıb. Bir qrup etirazçı dəstəsi isə polisə daş parçaları ataraq zorakılıq törədib. Polisin müdaxiləsi ilə yaranmış qarşıdurmalarda bir neçə nəfərin xəsarət aldığı, azı 10 nəfərin isə həbs edildiyi bildirilir.

Qeyd edək ki, yeni islahat tədbiri olaraq Yunanınstan hökumət 2013-2014-cü illərdə büdcə xərclərində 14,4 milyard dollar məbləğində islahat aparmalıdır. Bu gün maliyyə naziri Yannis Sturnaras beynəlxalq qurumların "üçlüyü"nün nümayəndələri ilə islahatlarla bağlı danışıqlar aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə